Salyanda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb

Salyanda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb
16:47 25 İyun 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobil ilə hazırda markası məlum olmayan minik maşınının toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-agir-yol-qezasi-bas-verib-5-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR