Britaniyalı qonaq: "Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim"

Britaniyalı qonaq: "Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim"
17:47 25 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana birinci dəfədir gəlirəm, Bakının belə gözəl və müasir şəhər olduğunu gözləmirdim.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Böyük Britaniyalı qonaq Qrey Bitviş bildirib.

O qeyd edib ki, yaxınları ilə Bakıya turist kimi gəlsələr də Formula 1-ə tamaşa etməyə qərara alıblar: "Biz də Formula 1 yarışmasını xoşlayırıq. Yaxşı ki, biz Bakıda olduğumuz vaxtda keçirilir".

Britaniyalı qonaq bildirib ki, Formula 1 yarışması Bakıya gələn turistlərin sayını xeyli artırır və Azərbaycanı dünyada daha yaxşı tanıdır: "İnanıram ki, bu yarışmanı izləmək üçün Bakıya gələn insanlar yenidən Bakıya turist kimi gələcəklər"

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR