Bakıda Formula 1 üzrə yarışda 3 bolid mübarizəni dayandırıb

Bakıda Formula 1 üzrə yarışda 3 bolid mübarizəni dayandırıb
17:55 25 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

"Renault" komandasının pilotu Colion Palmer döngələrdən birində bolidinin tüstüləməyə başlaması səbəbi ilə Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.

Trend-in məlumatına görə, "Red Bull" komandasının pilotu Daniil Kvit 12-ci döngədən boldinin mühərrikində problem olması səbəbi ilə mübarizəni dayandırıb.

Bundan əlavə, Ferstappenində mühərrikində problem yaranıb və oda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2770774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR