Formula 1-də 3 bolid mübarizəni dayandırdı

Formula 1-də 3 bolid mübarizəni dayandırdı
18:05 25 İyun 2017
48 İdman
Ölkə mətbuatı
A- A+

"Renault" komandasının pilotu Colion Palmer döngələrdən birində bolidinin tüstüləməyə başlaması səbəbi ilə Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, "Red Bull" komandasının pilotu Daniil Kvit 12-ci döngədən boldinin mühərrikində problem olması səbəbi ilə mübarizəni dayandırıb.

Bundan əlavə, Ferstappenində mühərrikində problem yaranıb və oda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557576.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR