Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırdı

Daha 2 pilot Bakıda Formula 1 üzrə yarışda mübarizəni dayandırdı
18:32 25 İyun 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

Daha 2 pilot Formula 1 Azərbaycan Qran Prisində mübarizəni vaxtından əvvəl dayandırıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Kimi Raykkonen arxa təkərinin partlaması səbəbi ilə mübarizəni vaxtından əvvəl dayandırıb.

Bundan əlavə, pilot Serxio Peres Okon ilə toqquşmadan sonra mübarizəni dayandırıb. Trasda qırmızı bayraq qaldırılıb, bolidlər pit-leynə qayıdır. Trasda bolidlərin qırıntılarını toplayırlar.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 - Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR