Dmitri Kozak: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”

Dmitri Kozak: “Rusiya ilə Azərbaycan dost dövlətlərdir”
18:42 25 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyun. REPORT.AZ/ “Soçi və Bakı əməkdaşdır, rəqib deyilik, bir-birmizi tamamlayırıq. Biz yanlız şəhərin gözəlliyi və yarışın təşkilatçılığı baxımından rəqabət apara bilərik. Təcrübəmizi bölüşürük və bir-birimzə kömək edirik”.
“Report”un məlumatına görə, bunu Formula 1 üzrə Azərbaycan Qran Prisini izləmək üçün Bakıya gələn Rusiyanın baş nazirinin müavini Dmitri Kozak deyib.
D.Kozak bildirib ki, nüfuzlu yarışın Azərbaycanda keçirilməsi Bakının dünyada tanınmasında öz tövhəsini verəcək: “Şəhər çox gözəldir, rəngarəngdir. Hər şey çox gözəl təşkil olunub. Bəyənirik və təcrübənizdən yararlanacağıq. Bu yarış bakılılardan səbr tələb edir. Ancaq bu özünü doğruldur. Bütün dünya Bakını tanıyacaq. Bakıdakı yarışın təşkilatçıları Soçiyə gələrək, təcrübə ilə tanış olurdular. Soçinin də bütün təşkilatçıları buardadır. Rusiya ilə Azərbaycan dost dövlətlərdir, srateji əməkdaşığımız var”.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi saat 17:00-da start götürəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/dmitri-kozak-rusiya-ile-azerbaycan-dost-dovletlerdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR