80 yaşlı nənənin qoluna qandal vurub polis bölməsinə apardılar - FOTO

80 yaşlı nənənin qoluna qandal vurub polis bölməsinə apardılar - FOTO
18:42 25 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.

Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.

Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/557580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR