"Neftçi"nin braziliyalısı nə vaxt gələcək? - SON DURUM

"Neftçi"nin braziliyalısı nə vaxt gələcək?  - SON DURUM
18:57 25 İyun 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Avrokuboklardan kənarda qalan "Neftçi" yeni mövsümə rəqabətədavamlı heyətlə başlamaq istəyir. Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Elxan Abdullayev Cənubi Amerika bazarına üz tutub.


Bu yay transferlər barədə şəxsən qərar verən Abdullayev (rəhbərlik bütün məsuliyyəti öz üzərinə götürdüyü üçün ona belə şərait yaradıb) braziliyalı mərkəz yarımmüdafiəçisi axtarışındadı. Ona təklif edilən "sambaçılar"ın səviyyəsi isə hələ mütəxəssisi qane etmir. Elxan bəy menecerlərdən "Qarabağ"ın və millimizin yarımmüdafiəçisi Riçard Almeyda sambalda oyunçu istəyib. Özü də "Neftçi"nin verə biləcəyi məvacib qarşılığında. Axtarışlar sürdürülür. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-braziliyals-n-vaxt-glck-t58903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR