Attraksiondakı nasazlıq gənc qızı ölümlə üz-üzə qoydu - QORXUDOLU ANLAR - VİDEO

Attraksiondakı nasazlıq gənc qızı ölümlə üz-üzə qoydu - QORXUDOLU ANLAR - VİDEO
19:03 25 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkdakı attraksionlardan birində qorxulu anlar yaşanıb.

Publika.az vesti.ru-ya istinadən xəbər verir ki, yeniyetmə qız attraksiondan yıxılıb.Oturacağın ehtiyat kəmərləri möhkəm bərkidilsə də, təsadüf nəticəsində kəmər açılıb.

Xoşbəxtlikdən hadisə faciəylə nəticələnməyib. Onu parkın işçiləri xilas edib. Belə ki, bir neçə nəfər attraksionun altına yığışıb. Qızı parkın əməkdaşı tutub. Halı pisləşən qız dərhal xəstəxanaya aparılıb.

Daha sonra park rəhbərliyi nasazlığın aradan qaldırılması üçün attraksionu bağlı elan edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR