"Onun milliyə yaramadığını deyənlər başdanxarablardı"

"Onun milliyə yaramadığını deyənlər başdanxarablardı"
19:17 25 İyun 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Akinfeyevin milliyə yaramadığını deyənlər boş-boş danışan başdanxarablardı. Rusiya yığmasında oynamağa layiq daha yaxşı qapıçı varsa, mənə də göstərin". Fanat.Az xəbər verir ki, bu sözləri SSRİ və Rusiya yığmasının sabiq hücumçusu Sergey Yuran deyib.


Rusiyada keçirilən Konfederasiyalar Kubokunun A qrupunun son oyununda Meksikaya 1:2 hesabıyla uduzan şimal qonşularımız qrupda qalıb. Həmin matçda buraxılan 2-ci qolda ciddi səhvə yol verən rus qolkiper İqor Akinfeyev məğlubiyyətdə böyük pay sahibi olub. 2011/12 mövsümündə Zaqatala "Simurq"una baş məşqçilik etmiş Yuran əlcək sahibinə qahmar çıxıb:

"Farer adaları və ya Kiprlə oynamırdıq ki... Meksika müdafiə xəttinin səhvlərini bağışlayacaq komanda deyil. Akinfeyevi bu dərəcədə qınamaq düzgün deyil. Rusiya yığmasının qələbə qazanmağa səviyyəsi çatmadı".

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotonun-milliy-yaramadn-deynlr-badanxarablardquot-t58904.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR