Millimizin futbolçusu "Göztəpə"yə keçir - SON DURUM

Millimizin futbolçusu "Göztəpə"yə keçir  - SON DURUM
19:37 25 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

“Bursaspor” rəhbərliyinin istəmədiyi Dəniz Yılmaz karyerasını Türkiyə Super Liqasında davam etdirmək niyyətindədi. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan yığmasının "milliləşdirilmiş" hücumçusu elitanın debütantı “Göztəpə”yə keçə bilər.

 

Uzun müddətdən sonra arzusuna çatan "sarı-qırmızılar"ın çalışdırıcısıTamer Tuna rəhbərliyə Dənizi sərəncamında görmək istədiyini söyləyib. Hazırda tərəflər danışıq aparır. Mənbə keçidin böyük ölçüdə həllini tapdığını yazıb.



Qeyd edək ki, "Bursaspor"un yeni baş məşqçisi Pol Le Quen rəhbərliyin Yılmazla bağlı verdiyi qərara qarışmamaq öhdəliyi götürüb.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-futbolcusu-quotgoztpquoty-kecir-t58905.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR