Azərbaycan Prezidenti və xanımı Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdı

Azərbaycan Prezidenti və xanımı Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırdı
19:38 25 İyun 2017
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/203962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR