Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar - VİDEO

Azərbaycan Prezidenti və xanımı "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıblar - VİDEO
19:42 25 İyun 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda "Formula 1" Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Formula 1" Azərbaycan Qran Prisinin qalibi olan "Red Bull" komandasının pilotu Daniel Rikkardoya Kuboku təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Red Bull" komandasına Konstruktorlar Kubokunu təqdim edib.

Finişi ikinci keçən Valtteri Bottasa ("Mercedes") mükafatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutmuş Lens Stroll ("Williams") mükafatı isə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR