Milli üzvü “Göztəpə” yolunda

Milli üzvü “Göztəpə” yolunda
19:49 25 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

 

“Bursaspor”un yeni baş məşqçisi Pol Le Quen tərəfindən istənilməyən və transferə çıxarılan Dəniz Yılmaz karyerasını yenidən Super Liqada davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, millimizin hücumçusu elitaya yenicə vəsiqə qazanan “Göztəpə”də çıxış edə bilər.

 

Türkiyə mətbuatında yer alan məlumatlarda “sarı-qırmızılar”ın yeni baş məşqçisi Tamer Tunanın istəyi ilə, klub rəhbərliyi bu transfer üzərində çalışdığı bildirilib. Tərəflər arasındakı danışıqların uğurlu alındığı qeyd olunur.

 

Qeyd edək ki, Dəniz Almaniyada "SSV Ulm", "Bavariya", "Paderborn" və "Mayns" klublarının şərəfini qoruduqdan sonra 2013/14 mövsümündə Türkiyəyə üz tutub. Həmin mövsüm "Elazığspor"dakı uğurlu çıxışının ardından "Trabzonspor"a keçən millimizin forvardı 2015/16 mövsümünün ortasında "Bursaspor"a transfer olunub. O, Bursa klubunda 32 çempionat oyununda 10 qola imza atıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR