Cocuq Mərcanlıda raket aşkarlanıb - FOTO

Cocuq Mərcanlıda raket aşkarlanıb - FOTO
19:52 25 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 19-25 iyun tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində Agentlik tərəfindən keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.

Milli.Az ANAMA-dan verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 19-25 iyun tarixlərində 7 960 ədəd qəlpə, 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
 
Nəticə etibarilə 184 735 kv.m (18.47 ha) ərazi tam təmizlənib, 78 200 kv.m (7.82 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR