Porsche-dən ən güclü 911 Turbo - FOTO

Porsche-dən ən güclü 911 Turbo - FOTO
19:57 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Porsche şirkəti flaqman sportkarı 911 GT2 RS-in buraxılışı ərəfəsində məhdud sayda istehsal olunacaq xüsusi modifikasiyalı 911 Turbo S barədə elan verib. Eksklüziv işləmələr, xüsusi olaraq hazırlanmış qol saatları və dəri çantalar dəsti ilə yanaşı, sportkara, həmçinin nadir xüsusiyyətlər əlavə olunacaq. Porsche 911 Turbo S Exclusive Series 3,8-litrlik turbolaşdırılmış mühərrikini qoruyub saxlayıb, lakin onun məhsuldarlığı 607 a.g.-ə qədər (+27 a.g.) artıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, bu, standart sportkarın mühərrikindən güclüdür. Nəticədə, yenilik 100 km/saata 2,9 saniyəyə, 200 km/saata 9,6 saniyəyə sürətlənir. Xüsusi 911 Turbo S-in maksimal sürəti isə  330 km/saatdır. Müqayisə üçün deyək ki, standart Turbo S-ə yalnız xüsusi Sport Chrono paketi quraşdırıldıqdan sonra o, ilk yüzlüyə 3 saniyədən tez sürətlənir. Təkmilləşdirilmiş mühərrikdən başqa, yenilik üçün standart ləvazimatlara karbon-keramik əyləclər, qara supportlar, makranın sarı loqotipi, adaptasiya olunmuş asma, 20-düymlük qara-sarı təkər diskləri və tam idarə olunan şassi daxildir.

Eksklüziv 911 Turbo S-i Golden Yellow adlı xüsusi rəngli ban ilə tanımaq olacaq. O, həmçinin qara xətlərə və karbondan olan bəzi aerodinamik detallara malikdir. İstehsalçının sözlərinə görə, əgər müştəri onların seçdikləri rəngin çox parlaq olduğunu düşünsə, Porsche digər variantlar da təklif etməyə hazırdır. İnteryerin rəngi isə dəyişilməyəcək: kupenin salonu qara dəri və perforasiyalı, sarı tikişləri olan alkantara və karbon ilə işlənilib. Bundan əlavə, qabaq oturacaqların başaltıları tematik tikişlərlə bəzədilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR