Bakıda qadınlara külli miqdarda pul “atdılar”

Bakıda qadınlara külli miqdarda pul “atdılar”
20:12 25 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən 32 yaşlı Səlminaz Rəcəbzadə bildirib ki, keçən ilin noyabrında tanışı Eldar adlı şəxsə 40 min manat verib. Lakin birgə iş qurmağı vəd etsə də, həmin şəxs buna əməl etməyib və pulları mənimsəyib.
Araşdırmalar nəticəsində məlum olub ki, qadının haqqında bəhs etdiyi şəxs 1961-ci il təvəllüdlü Eldar Usmanovdur.
 
Bundan başqa Pərinisə Cəfərova adlı qadın da oxşar məsələ ilə bağlı polisə müraciət edib. O, bildirib ki, 2011-ci ildə tanışı Mirsaleh Sarıyevlə iş qurmaq qərarına gəlib və bu məqsədlə həmin şəxsə 49 min manat verib. Lakin M.Sarıyev verdiyi vədə əməl etməyib və pulları geri qaytarmaqdan da imtina edib.
 
Hər iki müraciət əsasında araşdırmalar davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR