“WhatsApp”da VACİB YENİLİK

20:14 25 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

“WhatsApp” messencerində yeni funksiya istifadəyə veriləcək. Lent.az xəbər verir ki, bundan sonra istifadəçilər bir-birinə istənilən formatlı faylları göndərə və ya paylaşa biləcək. Lakin faylın tutumuna məhdudiyyət qoyulacaq.

 

Bildirilir ki, ötürülən faylların tutumu mobil əməliyyat sistemindən asılı olacaq. “WhatsApp” messencerinin “Android” mobil əməliyyat sistemi üçün olan versiyasında tutumu 100 MB-dək faylları paylaşmaq mümkün olacaq, “iOS” sistemi ilə işləyən qurğuların istifadəçiləri üçün bu göstərici 128 MB təşkil edəcək.

Mütəxəssislər hesab edirlər ki, göndərilən faylların tutumuna qoyulan məhdudiyyətlər gələcəkdə dəyişdirilə bilər.

“WhatsApp” messencerinin beta testerləri artıq proqramın yeni versiyasına giriş əldə ediblər, adi istifadəçilər üçün yeniləmə yaxın həftələrdə əlçatan olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR