Bakıda iraqlı turistin meyiti tapıldı

Bakıda iraqlı turistin meyiti tapıldı
21:19 25 İyun 2017
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb. Lent.az xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

 

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR