Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO
21:37 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Lexus şirkəti təkmilləşdirilmiş CT 200h modelini təqdim etdi. Hibrid hetçbək son restaylinqə məruz qalıb - 2018-2019-cu illərdə beşqapılını başqa model əvəz edəcək. Təkmilləşdirilmiş Lexus ST 200h tezliklə ABŞ, Çin və Avropa bazarlarına çıxacaq. Bu barədə Yaponiya brendinin mətbuat xidməti məlumat verib.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik diodlu L-şəkilli hərəkət işıqları bloklarının üzərində yerləşdirilmiş fərqli qabaq faralar, o cümlədən təkmilləşdirilmiş radiator barmaqlığı alıb. Banın arxa hissəsi sələfindən fərqli fənərlər və bir qədər dəyişilmiş bamperlə seçilir. Hetçbəki, həmçinin 15-17 düymlük yeni dizaynlı təkər diskləri ilə əldə etmək olar.

Hibrid yeni naviqasiya sistemi və 10,3-düymlük displeyi olan (restaylinqə qədər olan modelin ekranından 3,3 düym böyük) müasir multimedia sistemi alıb. Elektron sistemə uyğunlaşdırılmış kruiz-kontrol, yol hərəkət nişanlarını tanıyan və hərəkətə nəzarət edən sistemlər, o cümlədən şəraitə uyğunlaşan qabaq faralar daxildir.

Lexus ST 200h-ın güc aqreqatları təkmilləşdirilməyib. Bu siyahıya Atkinson dövriyyəsi ilə işləyən 1,8-litrlik benzin dördlük, elektrik motoru və variator daxildir. Ümumilikdə aqreqatlar 136 a.g. verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR