Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu
21:42 25 İyun 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

Konfederasiyalar Kubokunda yarımfinal mərhələsinin cütlükləri bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki qrupda ilk iki yeri tutan komandalar final uğrunda yarışacaqlar.

A qrupunun qalibi olan Portuqaliya B qrupunun ikincisi Çili ilə üz-üzə gələcək. Görüş iyunun 28-də Kazanda baş tutacaq.

Digər cütlükdə isə A qrupunun ikincisi Meksika B qrupunun qalibi Almaniya ilə qarşılaşacaq. Bu matç isə Soçidə keçiriləcək və iyunun 29-da start götürəcək.

Üçüncülük uğrunda qarşılaşma iyulun 2-də Moskvada, final isə həmin gün Sankt-Peterburqda baş oynanılacaq.

Konfederasiyalar Kuboku - 2017

Yarımfinallar 

28 iyun

22:00. Portuqaliya - Çili

29 iyun

22:00. Almaniya - Meksika

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR