BMW 6-Series Gran Turismo - FOTO

BMW 6-Series Gran Turismo - FOTO
21:57 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bu əvvəllr 5-Series GT adlanan həmin avtomobildir. Halhazırda isə, CLAR şassisinə sahib olan 6-Series Gran Turismo adlanır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, BMW 5-Series universalda baqaj həcmi 570-1700 L arası dəyişirdəsə, yeni Gran Turismo modelində bu göstərici 610-1800 L təşkil edir - bütün ailə ilə səyahətə çıxmaq üçün əla seçimdi!
Təkər bazası yenilənməyib və 3070 mm göstəricisində qalıb. Həmçinin 1902 mm enində də heç bir dəyişiklik edilməyən avtomobilin uzunluğu indi 5091 mm təşkil edir, bu da əlavə 87 mm deməkdir. GT-in hündürlüyü isə, 1559-dan 1538 mm-ə qədər azalıb. Gran Turismo 150 kq çəkidən imtina edib, bununla yanaşı daha aerodinamik olub.
İlk mərhələdə üç modifikasiya açıqlanıb: 258 a.g. və 400 Nm fırlanma anına sahib və ilk yüzlüyə 6,3 s ərzində sürətlən 2,0 litrli mühərriklə təchiz olunan 630i Gran Turismo, 340 atlı və 450 Nm təşkil edən 3,0 L tamötürməli 640i Gran Turismo. İkinci 100 km/saat sürəti  5,3-5,4 san əldə edir. Və əlbəttə ki, dizel mühərriki də unudulmayıb, 265 a.g. 620 Nm fırlanma anı ilə aqreqatlaşan 3,0 L 630d Gran Turismo. Əlavə ödəmə ilə bu avtomobildə də xDrive quraşdırmaq mümkündü.
Bundan başqa yeni GT modelində arxada standart pnevmoasma və öndə opsional asma quraşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR