Tanınmış teleaparıcı rep oxudu - VİDEO

Tanınmış teleaparıcı rep oxudu - VİDEO
21:58 25 İyun 2017
74 Şou
Ölkə mətbuatı
A- A+

“Leninqrad” qrupunun lideri Sergey Şnurov və məşhur aparıcı İvan Urqant rus telekanallarından birində yayımlanan əyləncəli şou üçün rep-battl parodiyası hazırlayıblar.

Publika.az xəbər verir ki, bu battlda Urqant reper Oksimironun obrazını yaradıb.

Rep deyişməsi zamanı tərəflər bir-birinə atmacalı sözlər söyləyiblər. Urqant Şnurovu terminator adlandırıb. Leninqradın lideri isə aparıcının uğursuz musiqili telelayihəsini yadına salaraq, onu darıxdırıcı və cansıxıcı adlandırıb. Daha sonra isə onun tatusuna söz atıb.

Yeri gəlmişkən, qeyd edək ki, Urqantın boynundakı tatu rəsmini Şnurov şəxsən özü çəkib. (teleqraf.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR