Bakıda 25 min manatlıq CİNAYƏT

Bakıda 25 min manatlıq CİNAYƏT
22:04 25 İyun 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir dələduzluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, polisə müraciət edən Rəşad Səməd adlı şəxs keçən ilin dekabrında Elbrus adlı şəxsə 25 min manat borc verdiyini, lakin xeyli vaxt keçməsinə baxmayaraq pulunu ala bilmədiyini deyib. Şikayətçi vəsaiti qarşı tərəfə Nəsimi rayonu ərazisində verdiyini əlavə edib.

 

Araşdırmalar nəticəsində pulu alan şəxsin 1975-ci il təvəllüdlü Elbrus Məmmədov olması müəyyən edilib.

 

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR