Göygöldə mübahisə etdi, maşını ilə vurdu

Göygöldə mübahisə etdi, maşını ilə vurdu
22:12 25 İyun 2017
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda oğlunun maşınını vuran sürücü ilə mübahisə edən atanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, axşam saatlarında Topalhəsənli kəndində iki avtomobil toqquşub.
Hadisə yerinə gələn sürücülərdən birinin atası, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlu oğlunun maşınını vuran digər sürücü ilə mübahisə edib. Bu zaman həmin sürücü idarə etdiyi avtomobili onun üzərinə sürərək onu vurub.
Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557634.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR