Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI
22:17 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Öpüş insanlar arasında müsbət hisslərin ifadəsidir. Öpüşən insanlar bir-birlərinə bu vasitə ilə öz xoş münasibətlərini bildirirlər. Amma bir məsələ də var ki, hər öpüşün arxasında bir məqsəd durur və hər busənin öz mənası var. Sevgi, hörmət, şıltaqlıq, sevinc bəxş etmək və sair və ilaxır.

Milli.Az modern.az-a istinadən hisslərimizi əks etdirən öpüşlərin mənası haqqında yazını təqdim edir.

Yanaqdan öpmək yaxın dostluq münasibətinin təzahürü, qarşı tərəfin nə qədər dəyərli olduğunu ifadə etməkdir.

Dodaqdan öpmək sevginin təzahürü, daha yaxın əlaqələrin qurulacağına ümidin inamlı ifadəsidir.

Əldən öpmək böyük hörmətin, ehtiramın, göstərilən rəğbətin əlamətidir.

Gözdən öpmək səmimiyyətin, incəliyin, münasibətlərin kövrəkliyinin təzahürüdür.

Alından öpmək qayğıkeşliyin, doğmalığın, xeyirxahlığın əlaməti, qarşı tərəfə həmişə dayaq olacağının ifadəsidir.

Qulaqdan öpmək sevgi oyunlarına istəyə işarədir.

Burundan öpmək şıltaqlıq etməyin, qarşı tərəfin əhvalını xoş etmək istəyinin ifadəsidir.

Boyundan öpmək iddialılığın, münasibətlərdə daha çox şeylərə nail olmaq istəyinin göstəricisidir.

Qeyd olunduğu kimi hər bir öpüşün arxasında insan hissləri ilə bağlı bir məqsəd, bir məna var. Hisslərlə cilanan bu öpüşlərdən savayı siyasi öpüşlər də var ki, bu ənənənin banisi, yaradıcısı, qurucusu Leonid İliç Brejnev olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR