20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR
22:22 25 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Azərbaycanın bəzi bölgələrində ekstremist qruplaşmaların təsiri altında olan vəhhabilərin sayının artması barədə məlumatlar yayılmaqdadır. Bir çox ölkələrdən Azərbaycana axın edən vəhhabilər var. Onlar Bakıdan uzaqlaşaraq bölgələri daha rahat mühit kimi dəyərləndirirlər.
 
Yenidən vəhhabilərin gündəmə gəlməsinin səbəbləri nədir?
 
"Onlar rahat mühit tapırlar"
 
Milli.Az modern.az-a istinadən bildirir ki, dini ekspert, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov deyib ki, öncə bunların nə üçün gəlmələrini başa düşməliyik.
 
"Azərbaycanda sünni və şiələr o qədər də bir-birlərinə yaxın deyil. Əgər müxtəlif təriqət adamları Azərbaycana gəlirlərsə, deməli, rahat mühit tapırlar. Mühit dedikdə ya pulla, ya da başqa vasitələrlə gələ bilirlər. Belə təşkilatların qarşısını almaq laımdır. Çünki pul xərcləməklə Azərbaycanda özlərinə yol aça bilirlər. İkincisi, bunların mərkəzlərini müəyyənləşdirmək lazımdır. Cürbəcür mərkəzlər mövcuddur. Vəhhabi deyilən təriqət üvləri əslində sələfidirlər. Bir cərəyan kimi onlar bir-birindən fərqlənirlər. Həmin təriqət üzvləri Azərbaycanın hər bölgəsində deyil. Xüsusilə, şimal bölgəsində daha çoxdurlar. Vaxtilə Şimali Qafqazdan gələn qüvvələr üstünlük təşkil edirdi. Bunları araşdırmaq lazımdır ki, nəyə görə bu təriqətə bu cür meyl var?! Bunun nəticələrini öncədən müəyyənləşdirmək çətin deyil. Çeçenistanda və digər Şimali Qafqaz ölkələrində bu təriqət sahibləri necə hərəkət etmələri ilə tanınır".
 
Sünni və şiələrin sayı bilinmir
 
Dini ekspert deyir ki, Dini Komitə öz işinin öhdəsindən gələ bilsə də, müəyyən sahə var ki, boşluq hiss olunur.
 
"Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsi din sahəsi üzrə məsələləri araşdırır. Amma bir məqam var ki, onu deməliyəm. Sovet dövründə dinlə bağlı heç bir rəqəm açıqlanmırdı. Deyilirdi ki, biz say aparmırıq. Maraqlıdır ki, indi də dinlə bağlı bəzi saylar aparılmır. Maraqlıdır, nəyə görə?! İstənilən vətəndaşımızdan soruşsaq ki, Azərbaycanda nə qədər sünni və şiə var, heç kəs buna cavab verə bilməyəcək. Çünki belə rəqəmlər bəlli deyil. Necə ola bilər ki, ölkədə sünni və şiələrin sayı bilinməsin?! Bu, müəyyən boşluqların olduğunu göstərir. Belə olan halda xarici qüvvələr bundan rahatlıqla istifadə edə bilir".
 
2000 azərbaycanlı xristianlığı qəbul edib
 
Əli Abbasovun sözlərinə görə, bu məsələlərlə ciddi məşğul olmaq lazımdır.
 
"Vaxtilə Azərbaycana xristian təşkilatları gəlirdi. Həmin vaxt 2000 azərbaycanlı xristianlığı qəbul edib. Bu, Azərbaycan üçün görünməyən hadisədir. Onlar 20 min azərbaycanlıya xristianlığı qəbul etdirmək planını qarşılarına məqsəd olaraq  qoymuşdular. Bunu say aparan təşkilat özü açıqlamışdı. Təbii, indi belə hallar yoxdur. Onların qarşısı alındı. Ona görə də din məsələlərini nəzarətdə saxlamaq lazımdır. Din insanların təkcə beyni ilə deyil, həm də ürəyi ilə bağlıdır. Bununla ciddi məşğul olmaq lazımdır"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR