Astmanın əlamətləri

Astmanın əlamətləri
22:52 25 İyun 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Astma uzun müddətli bir ağciyər xəstəliyidir. Astmatik xəstələrdə tənəffüs yolları həssasdır və müəyyən hərəkətverici təsirə məruz qaldıqda iltihablanır, daralır və nəfəs almada çətinlik yaşanır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, astma tez-tez uşaqlıq yaşlarında başlayır, ancaq hər hansı bir yaşda astmanın inkişaf etməsi də mümkün görünür. Astmanın səbəbləri tam aydın deyil, ancaq bilindiyi kimi, ekoloji və genetik amillər insanlarda astmanın inkişafında böyük rol oynayır.

Astmanın başlanğıcı və əlamətləri insandan insana görə dəyişir. Astma hücumları aralıqlı zamanlarda da ola bilər, əlamətlər yalnız müəyyən vaxtlarda və ya hər zaman simptomlar yaşana bilər.
Ümumiyyətlə, astma simptomları və əlamətləri bunları əhatə edir:
- Nəfəs çatışmazlığı;
- Sinədə ağrı;
- Öskürək və ya xırıltılı tənəffüs xəstəliyinin səbəb olduğu yuxu pozğunluğu;
- Nəfəs alarkən bir fit səsi və ya xırıltı;
- Soyuqdəymə və qrip kimi tənəffüs yolu virusu səbəbilə pisləşən öskürək və ya xırıltılı hallar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR