Dövrümüzün ən gözəl universal - FOTO

Dövrümüzün ən gözəl universal - FOTO
22:57 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Dünən ikinci nəsl Jaguar XF Sportbrake modelinin təqdimatı keçirilib. Avtomobil sahiblərini təkcə xarici görkəmi ilə sevindirməyəcək. Baqaj həcmi genişdir 565 - 1700 diapazonunda dəyişir. Arxa oturacağın söykənilən hissəsi 40:20:40 ölçülərinə mütənasib olaraq bölünüb vəönə tam qatlanır. Bu da əlavə yüklərin daşınmasında müstəsna rol oynayır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, daha bir maraqlı opsiya - tam panoram şüşəli tavandır ki, onun sahəsi 1,6 kv.m təşkil edir. Yük altında özü hamarlanan arxa pnevmoasma isə artıq baza variantındadı.

Universal seçim üçün 163, 180, 240 və 300 a.g. təşkil edən dörd dizel mühərriki ilə təklif olunur. Son ikisi, yalnız tamötürməli variantda, 163 atlını isə mexaniki sürətlər qutusu ilə də sifariş vermək mümkündür. Digər modifikasiyalar isə 8 pilləli avtomatla avadanlaşdırılıb. Benzin mühərrikləri isə ikidir, bunlar 250 və 308 atlı güc aqreqatlarıdır.
Maraqlısı isə, Jaguar XF Sportbrake modelinin Avropa ilə yanaşı, ABŞ və Çində satılacağıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR