Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü
23:03 25 İyun 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayonunda oğlunun maşınını vuran sürücü ilə mübahisə edən atanı avtomobil vurub.

Publika.az xəbər verir ki, axşam saatlarında Topalhəsənli kəndində iki avtomobil toqquşub.

Hadisə yerinə gələn sürücülərdən birinin atası, 1971-ci il təvəllüdlü Tağıyev Zabit Sabir oğlu oğlunun maşınını vuran digər sürücü ilə mübahisə edib. Bu zaman həmin sürücü idarə etdiyi avtomobili onun üzərinə sürərək onu vurub.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR