Cinlərin adları və növləri

Cinlərin adları və növləri
23:12 25 İyun 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Cin - o varlıqlardır ki, insan gözündən qaibdir. Ona görə də onları cin adlandırırlar, yəni gözlə görünmürlər. Lakin Allah onlara elə qüdrət vermişdir ki, istəkdikləri vaxt gözə görünə bilirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran ayələrində və hədislərdə cinlərin adlarına rast gəlinmişdir ki, onlarla tanış olaq:

Xənnas. Bu gizli cin o cinlərdəndir ki, insanın batininə yol tapmışdır və onu vəsvəsə edər. Nə zaman insan Allahı xatırlasa, insandan uzaqlaşar.

Rəhaya. Bu cin sübh namazı vaxtı insanın sorağına gələr və onun başının üstündə gəzər və deyər ki, hələ namaz vaxtı deyildir, yat. Əgər ayılmazsa, üzünə nəcasətini tökər və sevinər.

Ğul. Bu cin insanı səhrada olan zaman azdırar. Hədisdə nəql edilir ki, nə zaman tənha (səfərə çıxsan), yüksək səslə azan oxu ki, cinlər səndən uzaqlaşsın.

Oğurlayan cinlər. Bu cinlər bəzi insanları oğurlayırlar. İmam Sadiqə (ə) bu barədə sual verirlər və Həzrət (ə) onlara bir dua öyrədir və buyurur ki, əgər bu duanı oxusanız, cinlər sizi oğurlaya bilməz. Bəzən də insanların şəxsi vasitələrini oğurlayar.

Səali. Bu cin sehrbaz və cadugərdir. Xəbis insanlara sehr öyrədər.

Əsəm. Bu cin xəbəri dünyanın müxtəlif yerlərinə çatdıra bilir.

Ümmul-səbiyan. Bu cinlər uşaqlara ziyan vurarlar.

Əali. Bu cinlər qadın olub, hamilə qadınlara ziyan vurarlar.

Saleh. Bu cinlər yollarını itirmiş insanları məqsədlərinə çatdırarlar.

Mətkun. Bu cinlər hər bir məxluqun simasını ala bilir, peyğəmbər və övsiyalardan başqa.

Zəvbə. Cinlərin rəhbərlərinə deyirlər.

Təmrih. Nəql edilir ki, bu cinlər şeytanların dostudur. Gecə olan kimi şərq və qərbdə öz fəaliyyətlərinə başlayarlar.

Ariz. Bu cin bəzi insanları xəstə edər.

Marid. Ən xəbis cinə deyirlər.

İfrit. Xəbis və fövqəladə qüvvəyə malik olan cindir.

Xizəb. Həzrət Peyğəmbər (s) buyurur: "Bu cin və şeytan insanı namaz halında vəsvəsə edər və insanın namazını qət edər. Bu cini dəf etmək üçün Allaha pənah apar və sağ tərəfinə üç dəfə üfür".

İblis. O şeytandır ki, Allahın rəhmətindən məyus olmuşdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/556508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR