Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb
23:17 25 İyun 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar. 25 iyun. REPORT.AZ/ Ucar royununda çimərkən boğulmuş 11 yaşlı yeniyetmənin meyiti tapılaraq sahilə çıxarılıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, rayonun Qulabənd kəndi yaxınlığındakı Şır-şır kanalında boğulmuş yeniyetmənin meyiti tapılıb.
Belə ki, FHN-nin Aran dalğıc xilasetmə qrupunun axtarışları nəticə verib. Xilasedicilər batan Səid Zülfüqar oğlu Məmmədovun meyitini hadisə yerindən 35 killometr aralıda - Alıcanlı kəndi yaxınlığında sudan çıxarılıb.
Onun meyiti aidiyyəti qurumlara təhvil verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/ucarda-cimerken-bogulmus-yeniyetmenin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR