Konfederasiyalar Kuboku: yarımfinal cütlükləri

Konfederasiyalar Kuboku: yarımfinal cütlükləri
23:37 25 İyun 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

Konfederasiyalar Kubokunda yarımfinal mərhələsinin cütlükləri bəlli olub. Fanat.Az xəbər verir ki, iki qrupda ilk iki yeri tutan komandalar final uğrunda yarışacaqlar.

 

A qrupunun qalibi olan Portuqaliya B qrupunun ikincisi Çili ilə üz-üzə gələcək. Görüş iyunun 28-də Kazanda baş tutacaq.

 

Digər cütlükdə isə A qrupunun ikincisi Meksika B qrupunun qalibi Almaniya ilə qarşılaşacaq. Bu matç isə Soçidə keçiriləcək və iyunun 29-da start götürəcək.

 

Üçüncülük uğrunda qarşılaşma iyulun 2-də Moskvada, final isə həmin gün Sankt-Peterburqda baş oynanılacaq.

 

Konfederasiyalar Kuboku

Yarımfinallar 

 

28 iyun

22:00. Portuqaliya – Çili

 

29 iyun

22:00. Almaniya – Meksika


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-konfederasiyalar-kuboku-yarmfinal-cutluklri-t58908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR