Jaguar-dan yeni universal XF - FOTO

Jaguar-dan yeni universal XF - FOTO
23:37 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Jaguar şirkəti ikinci nəsil XF modelinin universal banda yeni modifikasiyasını təqdim edib. Beşqapılının təqdimatı Britaniyada keçiriləcək. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Milli.Az auto.az-a istinadən bildirir ki, Jaguar XF Sportbrake yüngül alüminium arxitektura üzərində yığılıb. Bunun sayəsində universal sələfindən daha yüngül alınıb. O, 1660 kq çəkiyə malikdir. İstehsalçıların sözlərinə görə, yeni şassi oxlar arasında ideal çəki bölgüsünə nail olmağa imkan verib - təqribən 50:50. Yenilik sələfinə nisbətən 9 mm qısadır, lakin təkər bazasının ölçüsü 51 mm böyüyüb. Qarşı müqavimət əmsalı 0,29-dur - bu, sedanda olduğu kimidir.

Jaguar XF Sportbrake-in baqajının həcmi 565 litrə çatır - bu, sedandan 25 litr böyükdür. Arxa oturacaqlar tam yığılarsa baqaj həcmi 1700 litrə çatacaq ki, bu da dördqapılı XF-dən 815 litr çoxdur. Bundan əlavə, damda 320-litrlik baqaj sayəsində 100 kiloqramlıq yük daşımaq olar.

Mühərrik qammasında üstünlük Ingenium ailəsinə məxsus 2-litrlik, dizellə çalışan alüminium dördlüyə veriləcək. Bu, Land Rover-lə birgə hazırlanıb. Onlar 163, 183 və ya 240 a.g.-ə malikdir. Ən güclü mühərrik 300 a.g.-ə malik 3,0-litrlik V6-dır. XF Sportbrake, həmçinin 250 a.g.-ə malik, 2-litrlik benzin mühərrikə də malik olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR