Kia-dan yeni krossover - FOTO

Kia-dan yeni krossover - FOTO
23:57 25 İyun 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya şirkəti kompakt krossoverlər seqmenti üzərində növbəti dəfə iş görməyi planlaşdırır. O, artıq bu ildən Avropa bazarına "yeni qərarını" çıxarmaq istəyir. Budur, Kia gələcək modelin ilk təsvirlərini göstərdi.

Milli.Az auto.az-a istinadən bildirir ki,  əvvəllər bildirildiyi kimi, B seqmentinə aid yeni kompakt şəhər krossoveri üçün Kia-da Stonic adını patentləşdiriblər. Şirkətdən deyiblər ki, Stonic Speedy (cəld) və Tonic (tonika - musiqi ahənginin əsas səsi) sözlərinin birləşməsindən alınıb. Kia texniki göstəricilər barədə məlumat vermir, lakin ilkin məlumatlara əsasən, Stonic bu seqmentin əvvəlki yenilikləri ilə eyni platformada yığılacaq.

Koreya markasının yeni yolsuzluq avtomobili bu payız Frankfurt sərgisində debüt edəcək. Kia-dan bildiriblər ki, Stonic məxsusi olaraq Qərbi Avropa bazarı üçün hazırlanıb və o, 2017-ci ilin ikinci yarısında satışa çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR