Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTO

Azərbaycan Qran-Prisi atəşfəşanlıqla başa çatdı - FOTO
00:05 26 İyun 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

İyunun 25-də Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra Formula-1 Şəhərciyində maraqlı əyləncə proqramı təşkil edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Meraya Keri əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-prisinə yekun vurub.

Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da "Nömrə-1" ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. Sahib olduğu beş oktav səs gücü və peşəkar yanaşması ilə Meraya Keri müasir pop musiqisinə yeni çalarlar gətirib. İfaçı, mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə "Grammy", 21 dəfə Amerika Musiqi Mükafatına, "Billboard"ın "Son onilliyin ən yaxşı müğənnisi", "Minilliyin ən çox mahnı satan qadın müğənnisi" ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə BMI-in "İkona" mükafatına layiq görülüb.

Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/557655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR