Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb
00:07 26 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz. 26 iyun. REPORT.AZ/ Tovuz rayonunda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, kütləvi dava hələki bilinməyən mübahisə zəminində baş verib. Belə ki, təxminən 10 nəfər rayonun Ağdərə kənd sakini, 1988-ci il təvəllüdlü, İmamquluyev Sədrəddin Bakir oğlunu döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib. 
Onun vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, mübahisə zəminində daha 3 nəfər də müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/tovuzda-kutlevi-dava-zamani-bir-nece-nefer-xesaret-alibdutdh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR