29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda
00:34 26 İyun 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Tovuz sakini bir neçə nəfər tərəfindən döyülüb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəribli kəndində qeydə alınıb.

 

Kənd sakini, 1988-ci il təvəllüdlü  İmamquliyev Sədrəddin Bakir oğlu müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə, S. İmamquliyev yolun kənarında olan həyətində olarkən yüksək sürətlə hərəkət edən avtomobili saxlayaraq onlara narazılığını bildirib. Buna cavab olaraq avtomobildən düşən bir neçə nəfər onu döyərək ağır bədən xəsarətləri yetiriblər.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR