Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək
01:48 26 İyun 2017
294 Şou
Ölkə mətbuatı
A- A+

İyulun 13-dən 16-dək Azərbaycan Gənclər İttifaqı və Rəqs Assosiasiyası paytaxtımızda “Baku - Soul of Art” beynəlxalq rəqs və sənət festivalını keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Rəqs Assosiasiyasının “facebook” səhifəsində yer alıb.

Dörd gün davam edəcək festival rəqsin milli və müasir istiqamətlərini, habelə Bakının ən gözəl yerlərinə ekskursiyaları əhatə edəcək. Festivalın sonuncu gününün tədbirləri Dənizkənarı Milli Parkda keçiriləcək.

Festival çərçivəsində uşaqları və böyükləri maraqlı əyləncə proqramları da gözləyir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR