İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub
04:32 26 İyun 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub.
"Report" xəbər verir ki, ispanlar finalda fransız rəqiblərini 71:55 hesabı ilə yeniblər.
Yarışmada üçüncü yeri Belçika komandası tutub. Belçikalı basketbolçular yunan rəqiblərinə 78:45 hesabı ilə qalib gələrək siyahıda fransızlardan sonrakı yerdə qərarlaşıblar.
D qrupunda ikinci yer tutmuş Rusiya yığmasını final yarışmasından Yunanıstan yığması məhrum edib.
İspaniya yığması bununla üçüncü dəfə Avropa çempionu adını qazanıb. Komanda bundan əvvəl 1993 və 2013-cü illərdə Avropanın ən güclüsü olub.
Qedy edək ki, qadınlar arasında növbəti Avropa çempionatı 2019-cu ildə Serbiya və Latviyada keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/i-spaniyanin-qadin-basketbol-komandasi-avropa-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR