Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib
05:17 26 İyun 2017
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Meksikada silahlı şəxslər restorana hücum edərək 4-ü uşaq olmaqla, 11 nəfəri qətlə yetirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Verakruz vilayətinin qubernatoru Migel Angel Yunes sosial mediada yayımladığı videoda xəbər verib.
O, bildirib ki, öldürülənlər arasında ştatın federal polis rəisi Camilo Castagne də car. Cinayəti kəskin şəkildə pisləyən Migel Angel Yunes müqəssirlərin nəyin bahasına olursa-olsun, cəzalandırılacağını bildirib.
"Nə olursa olsun, hər şeyi edəcəyik. Verakruz bu heyvanların əsiri olmayacaq" – deyə o qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-silahlilar-4-u-usaq-olmaqla-11-neferi-qetle-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR