Pakistanda yanğın qurbanlarının sayı artdı

Pakistanda yanğın qurbanlarının sayı artdı
05:59 26 İyun 2017
48 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın Pəncab əyalətndə yanacaq daşıyan avtomobilin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 110 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib.

 

Hadisə iyunun 25-i, səhər saatlarında yanacaq daşıyan yük maşının aşmasından sonra qeydə alınıb. Yerli sakinlər maşının çənindən benzin götürmək istəyərkən güclü yanğın başlayıb. İnsident nəticəsində ətrafda onlarla avtomobil yanıb. Hazırda yanğən söndürülüb. Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yağınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb atılan siqaret kötüyü olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR