"Yaxşı təklif alsam..."

"Yaxşı təklif alsam..."
08:22 26 İyun 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Xorvatiya millisinin sabiq futbolçusu İvitsa Oliç karyerasını başa vurmadığını bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, vətənində "Sportskie Novosti" nəşrinə açıqlamasında 37 yaşlı forvard hələlik yekun qərar vermədiyini qeyd edib.

"Bild" mənim karyeramı başa vurmaq istədiyimi yazıb. Bundan xəbərim var, amma yalan məlumatdır. Hələ dəqiq bilmirəm. Vəziyyət ötən yay olduğu kimidir. Yaxşı təklif alsam, karyeramı davam etdirə bilərəm. Zədəm yoxdur, özümü əla hiss edirəm və hələ oynamaq gücüm var. Əgər əlverişli təklif gəlməsə, karyeramı başa vuracam".

Oliçin son klubu "Munchen 1860" olub. Ötən mövsüm Münhen təmsilçisi 2-ci Bundesliqada yerini qoruya bilməyərək 3-cü diviziona yuvarlanmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/557630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR