ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub

ABŞ-da həbsxanadan 32 il əvvəl qaçmış məhbus tutulub
08:27 26 İyun 2017
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Arkanzas ştatının hakimiyyət orqanları 32 il əvvəl qaçmış cinayətkarı tutmağa müvəffəq olduqlarını bildiriblər.
"Report" xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, 60 yaşlı Stiven Dişman ştatın şimal-qərb hissəsində saxlanılıb. O, həbsxanadan 1985-ci ilin mayında, oğurluğa görə 7 illik cəza çəkərkən qaçıb. Qeyd edilir ki, onun cəzasının icrası 1984-cü ildə qüvvəyə minib.
Dişmanın hüquq-mühafizə orqanları tərəfindən necə saxlanılması, onun yerinin müəyyənləşdirilməsinin detalları açıqlanmır. Məhkum cəzasının çəkilməmiş hissəsini çəkəcək. Həmçinin onun qaçışına gözə cəzasının çoxaldılması məsələsi də həll ediləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-hebsxanadan-32-il-evvel-qacmis-mehbus-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR