26 yaşlı oğlan bıçaqlanıb

26 yaşlı oğlan bıçaqlanıb
08:32 26 İyun 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1991-ci il təvəllüdlü İsmayılov Əkbər Kazım oğlu döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunun Ə.İsmayilovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Ə.İsmayilov döş qəfəsinə təsadüfən qayçının batdığını desə də, həkimlər onun bıçaqlanaraq xəsarət aldığını ehtimal edirlər.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/557670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR