İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, çılpaq insan axtaran filosof - FOTO

İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, çılpaq insan axtaran filosof - FOTO
08:32 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

Fəlsəfə tarixinin əfsanəvi siması, Sinoplu Diogen...

Milli.Az bildirir ki, bu filosof qeyri-adi həyat tərzi ilə fəlsəfə elminə yenilik gətirməklə yanaşı, ən gülməli filosof kimi də, tarixdə iz qoyub. Diogen "kinizm"in banisi sayılır. Bəs kinizm nədir? Kinizm termini fəlsəfənin bir qolu sayılır, "it kimi sərbəst, azad həyat sürmək" anlamı daşıyır. Mənbələrə əsasən, bir dəfə Diogen ovcuna bulaqdan su doldurub içən balaca oğlana rast gəlir. Su içdikdən sonra bir parça çörəyi əlinə alıb, ləzzətlə yeyən balacanı həvəslə seyr edən Diogen, əlindəki boşqabı və su fincanını yerə atıb, kinik olmağa qərar verir. O düşünür ki, təbiət ehtiyaclarımızı ödəmək üçün bizə hər şey verib və əlavə əşyalara gərək yoxdur. Diogen evini tərk edib, çəlləkdə yaşamağa qərar verir.

Sinoplu Diogen haqqında bir çox maraqlı əhvalatlar və lətifələr günü bu gün də insanların çöhrəsində təbəssüm oyadır. Deyilənə görə, dahi sərkərdə Makedoniyalı İskəndər Diogenin pərəstişkarı idi, və onu görməyi çox istəyirdi. Hətta o, " Dünyaya bir daha gəlsəydim, Diogen olardım" deyirdi. Günlərin bir günü İskəndər arzusuna çatır və Sinop sahillərinin birində Diogenə rast gəlir. Diogen qumlu sahildə uzanıb, Günəşi seyr edirdi. Sərkərdənin onun qarşısında durub, "Mən Makedoniyalı İskəndərəm, nə istəsən yerinə yetirə bilərəm" təklifinə. Diogen " Günəşin qarşısından kənara çəkil" deyə cavab vermişdi.

Diogen mövcud qanun və qaydalara meydan oxuyaraq, cəmiyyətə qarşı çıxırdı. O çox vaxt insanların arasında əlində lampa tutub, lüt gəzirdi. Kənardan keçənlərin "Bu günəşli gündə lampa nəyinə lazımdır" sualına Diogen "İnsan axtarıram" deyə cavab verirdi.

Diogen dostlarından borc pul alanda, "Dostlarım mənə borclarını qaytarırlar" deyirdi.

"Haralısan" sualına onun cavabı hər zaman "Yer kürəsinin sakiniyəm" olurdu. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR