Londonda etirazçılarla polis arasında toqquşma

Londonda etirazçılarla polis arasında toqquşma
09:08 26 İyun 2017
20 Dünya
Ölkə mətbuatı
A- A+

Londonun şərqində bazar günü axşam etirazçılarla polis əməkdaşları arasında baş vermiş toqquşmalarda 6 polis əməkdaşı xəsarət alıb.

Publika.az xəbər verir ki, etirazçılar məşəllər yandırıblar və polisə daş atıblar. Xəstəxanaya xəsarət almış 4 polis əməkdaşı gətirilib.

Etiraz aksiyalarına 25 yaşlı qaradərili Edir Frederiko Kostanın iyunun 15-də avtomobilinin polis tərəfindən saxlanılmasından sonra baş vermiş ölümü səbəb olub. Belə ki, Kosta saxlanılmasından 6 gün sonra xəstəxanada vəfat edib.

Aksiya iştirakçıları Kostanın vəhşicəsinə döyüldüyünü, onun boynunun sındığını, başında isə xəsarət izləriniun olduğunu bildirirlər. Lakin şikayətlərin qəbulu üzrə müstəqil komissiya bildirib ki, ilkin nəticələr Kostanın onurğa sütunundan xəsarət aldığını göstərmir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR