Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır
09:48 26 İyun 2017
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.

"Report" xəbər verir ki, sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland, Monteneqronun baş naziri Duşko Markoviç, Moldovanın baş naziri Pavel Filip, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek AŞPA deputatları qarşısında çıxış edəcəklər.

Sessiya iştirakçıları Belarusdakı vəziyyəti, Avropada miqrant və qaçqınlarla bağlı böhranı və s. məsələləri müzakirə edəcək.

Azərbaycan nümayəndə heyəti AŞPA sessiyasının işində iştirak edəcək.

Sessiya işinə iyunun 30-da yekun vuracaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR