Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib

Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib
10:12 26 İyun 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 iyun. REPORT.AZ/ Dünən başa çatan Formula 1 üzrə Azərbaycan Qran Prisində 3-cü yer tutan "William" komandanın kanadalı sürücü Lance Stroll rekorda imza atıb.
"Report"un Formula 1-in rəsmi saytına istinadın verdiyi xəbərə görə, 18 yaş 239 gün olan kanadalı sürücü bu idman növünün tarixində podiuma çıxan ən gənc Formula-1 debütantı olub.
Əvvəlki rekord Lance Strolldan 19 gün böyük olan və keçən il İspaniya Qran Prisini qazanan hollandiyalı pilot Max Verstappenə məxsus idi.
Eyni zamanda, kanadalı idmançı Azərbaycan Qran Prisinin ən yaxşı sürücüsü nominasiyasında qalib olub.
Qeyd edək ki, dünənki yarışın qalibi "Red Bull" komandasının sürücüsü Daniel Ricciardo olub. İkinci yerə "Mercedes"in üzvü Valtteri Bottas çıxıb.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-qran-prisinde-rekord-tezelenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR