ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi - FOTO

ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi - FOTO
10:12 26 İyun 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın maliyyə naziri, 54 yaşlı Stiven Mnuçin şotlandiyalı aktrisa, 36 yaşlı Luiza Lintonla evlənib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Vaşinqtondakı Andrew W. Mellon Auditorium-da keçirilmiş nikah və toy mərasimində ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp, habelə nazirlər, siyasətçilər, senatorlar və konqresmenlər iştirak ediblər.

Gəlinin əynindəki geyim "Gilles Mendel" brendindən, tuflilər isə "Manolo Blahnik"dan idi.

Toya D.Trampın qızı İvanka və onun əri Cared Kuşner, vitse-prezident Mayk Pens də qatılmışdılar.

Nikah mərasiminin olduğu zal 1921-1932-ci illərdə Birləşmiş Ştatların maliyyə naziri olmuş Endryu Mellonun adını daşıyır. Bu bina "Federal üçbucaq" adlanan hökumət binaları kompleksinin bir hissəsidir.

Bu zalın 14 saat müddətinə icarəsi 18750 dollara başa gəlib.

Toy isə Donald Trampa məxsus oteldə olub.

300 milyon dollarlıq varidata malik sabiq bankir Stiven Minuçin üçüncü dəfə ailə qurur.

36 yaşlı L.Linton isə 2009-cu ildə ərindən, vəkil Ronald Riçardsdan boşanmışdı.

Mnuçinlə Linton 4 il əvvəl Los-Ancelesdə tanış olublar. S.Mnuçin onda Hizer de Forest Krosbi ilə evli idi. Minuçi və Krosbi 2014-cü ildə, 15 illik nikahdan sonnra boşanıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/557682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR